Azərbaycanda bankların qeyri-faiz xərclərində azalma müşahidə olunur. Bu isə o deməkdir ki, banklar əmək haqqı, icarə haqqı və texniki avadanlıqlara xərclənən pullara qənaət etməyə başlayıblar. Nəticədə bankların qeyri-faiz xərcləri kəskin düşüb.
FED.az xəbər verir ki, ötən ili sonu ilə müqayisədə Kapital Bank, Beynəlxalq Bank, PAŞABank və AccessBankda qeyri-faiz xərclərinin həcmi kəskin düşüb. Kapitalbankda azalma göstəricisi 4 dəfə, Beynəlxalq Bankda 7,5 dəfə, PAŞABank və AccessBankda 4 dəfədən çoxdur.
Qeyri-faiz xərclərinin həcminə görə birinci yeri 36.7 mln. manatla “Kapital Bank” ASC tutub. İkinci yerdə 29.6 mln. manatla “Bank of Baku” ASC, üçüncü yerdə isə 24.2 mln. manatla “Azərbaycan Beynəlxalq Bankı” ASC qərarlaşıb.
Qeyri-faiz xərclərini artıranlar isə bunlardır: Bank of Baku, Azər Türk Bank.
Sıra |
Banklar |
2017-ci ilin IV rübü |
2018-ci ilin I rübü |
1 |
Kapital Bank ASC |
148.4 |
36.7 |
2 |
Bank of Baku ASC |
26.0 |
29.6 |
3 |
Azərbaycan Beynəlxalq Bankı ASC |
180.9 |
24.2 |
4 |
PAŞA Bank ASC |
75.4 |
16.8 |
5 |
AccessBank QSC |
66.9 |
14.4 |
6 |
Azər Türk Bank ASC |
2.7 |
13.7 |
7 |
Unibank KB ASC |
47.9 |
13.7 |
8 |
AGBank ASC |
33.9 |
8.8 |
9 |
Bank Respublika ASC |
32.7 |
8.6 |
10 |
Xalq Bank ASC |
40.6 |
8.6 |
11 |
Expressbank ASC |
28.3 |
8.0 |
12 |
Yapı Kredi Bank Azərbaycan QSC |
32.7 |
7.5 |
13 |
Silk Vey Bank ASC |
11.5 |
7.0 |
14 |
Muğanbank ASC |
24.8 |
5.9 |
15 |
AtaBank ASC |
29.2 |
5.8 |
16 |
Nikoil Bank İKB ASC |
21.6 |
5.3 |
17 |
Rabitəbank ASC |
17.6 |
5.2 |
18 |
Bank VTB (Azərbaycan) ASC |
25.1 |
4.9 |
19 |
AFB Bank ASC |
15.4 |
4.0 |
20 |
Amrahbank ASC |
16.6 |
3.5 |
21 |
TuranBank ASC |
12.8 |
3.0 |
22 |
Azərbaycan Sənaye Bankı ASC |
10.7 |
2.9 |
23 |
Bank BTB ASC |
11.9 |
2.9 |
24 |
Ziraat Bank Azərbaycan ASC |
6.5 |
1.6 |
25 |
NBCBank ASC |
6.0 |
1.5 |
26 |
Günay Bank ASC |
4.3 |
1.4 |
27 |
Bank Avrasiya ASC |
4.6 |
1.1 |
28 |
Bank Melli İran Bakı filialı |
1.9 |
0.4 |
29 |
Pakistan Milli Bankı NBP Bakı filialı |
0.9 |
0.2 |
30 |
Naxçıvanbank ASC |
2.2 |
m/y |