Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. FED.az xəbər verir ki, hərracda 350 mln. manat cəlb edilib.
Halbuki, tələb isə 2,2 dəfə çox – 783,8 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.