Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. FED.az xəbər verir ki, hərracda 250 mln. manat cəlb edilib. Halbuki, tələb bundan 4,7 dəfə çox – 1178,4 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.