Bank

Banklar pullarını 6,2%-lə yerləşdirmək üçün - NÖVBƏYƏ DURUBLAR - HƏRRAC

Banklar pullarını 6,2%-lə yerləşdirmək üçün - NÖVBƏYƏ DURUBLAR - HƏRRAC | FED.az
11:44 24 Avq 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən FED.az-a verilən məlumata görə, 24.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 662,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

Digər xəbərlər