Maliyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci il üzrə bank sektorunun göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, palatanın məlumatına görə, bank sektoru 2018-ci ili mənfəətlə başa vurub. Banklar 694.6 mln. manat əməliyyat mənfəəti, 279.4 mln. manat məbləğində xalis mənfəət generasiya edib.
Bu dövrdə bank sektorunda işçi sayı da 1244 nəfər artaraq 17 415 nəfər təşkil edib.