Banklar yeni texnologiyalar tətbiq etməsələr, artıq 2015-ci ildə mənfətlərinin 20-60%-ni itirəcəklər. FED.az xəbər verir ki, bu barədə Rusiyi Mərkəzi Bankının sədr müavini Olqa Skoroboqatova bildirib. Onun sözlərinə görə, dünyadakı trendlər arıq məlumdur: «Sonunca araşdırmalar göstərir ki, müştərilərin az qala yarısı bank ofislərinə getmək istəmir və xidmətlərini məsafədən almaq istəyirlər».
Sədr müavini bildirib ki, məhz buna görə, banklar rəqəmsal platformalar tətbiq etməsələr artıq 2025-ci ildə gəlirlərinin 20-60%-ni itirəcəklər. Ən maraqlısı odur ki, bankların əsas rəqibi son vaxtlar sürətlə inkişaf etməkdə olan texnoloji kampaniyalar olacaq: «Hazırda digər xidmətlərlə yanaşı maliyyə xidmətləri də göstərən şirkətlər bu bazarın və mənfəətin bir hissəsini ələ keçirə bilərlər».Banklar müştərilərini itirə bilərlər - RƏQİB MƏLUM OLDU
19:05
20 Fev 2018