Rusiyanın “Rostelekom” şirkəti şəxsiyyətin fotoşəkil vasitəsilə eyniləşdirilməsi vahid biometrik sistemini işə salacaq.
FED.az xəbər verir ki, bu sistemin 2018-ci ilin iyulunda tətbiq olunması planlaşdırılır.
Qeyd olunur ki, ilk mərhələdə sistem banklarda tətbiq olunacaq. Hazırda Rusiyanın 20 kredit təşkilatı sistemin sınaqlarını keçirir.
Bu sistemə görə, bankın müştərisi fotoşəkil və öz səs yazısını təqdim etməklə bir dəfə qeydiyyatdan keçəcək. Bundan sonra o, bank ofisinə getmədən işlərini həll edə biləcək.
Gələcəkdə həmin sistemin səhiyyə, təhsil və digər dövlət qurumlarında tətbiq olunması planlaşdırılır.