2025-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların yalnız müddətli depozitlərə (müəyyən müddətə yerləşdirilən əmanətlərə) görə ödədikləri faizlər 918,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların müddətli depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 215,5 milyon manat, yəni 30,6% artıb. Aylıq müqayisədə isə artım 89,6 milyon manat, yəni 10,8% yüksəlib.
Xatırladaq ki, bankların müddətli depozitlər üzrə faiz xərcləri bu ilin noyabrın 1-nə 829,3 milyon manat, 2024-cü ilin dekabrın 1-nə isə 703,4 milyon manat təşkil edib.
Bu, bankların cəmi depozit xərclərinin (1 milyard 164,2 milyon manat) 79%-i deməkdir. Müqayisə üçün, ötən ilin eyni dövründə müddətli depozitlərin bu xərclərdəki payı 86,5% təşkil edirdi.












