Bu ilin 1 noyabr tarixinə Azərbaycan banklarının milli valyutada cəmi kredit portfeli 22,5 milyard manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə paytaxt Bakıda milli valyutada verilmiş kreditlərin ümumi məbləği 16,4 milyard manatdan bir qədər yüksək olub.
Sumqayıt şəhərində milli valyutada 698,9 milyon manat kredit verilib.
Gəncə şəhərinə milli valyutada verilmiş kreditlərin məbləği 635,5 milyon manat təşkil edib.
Naxıvan şəhəri 362,7 milyon manatla 4-cü pillədə qərarlaşıb.
Rayonlara gəldikdəmilli valyutada kreditlərin məbləğinə görə Abşeron rayonu 262 milyon manatla 5-ci, Lənkəran rayonu 261,6 milyon manatla 6-cı, Bərdə rayonu 234 milyon manat 7-ci, Mingəçevir şəhəri 187,6 milyon manatla 8-ci, pillədə, Xaçmaz rayonu 175,6 milyon manatla 9-cu olub. İlk onluğun sonuncu pilləsini 169,2-ci milyon manatla Şəmkir rayonu tutub.
Ən az milli valyutada kredit verilən rayon isə 0,6 milyon manatla Xankəndi şəhəri olub.