Fevralın 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100667S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilii.
AMB-nin notlarına maraq həddən artıq böyük olub. Belə ki, hərracda 17 investor qiyməti 99.2278 AZN (10.01%) olan 23 sifariş təqdim edib. Sifarişlərin ümumi məbləği isə 414 021 500 manat olub. Bu da hərraca çıxarılan notların qiymətindən təqribən 3 dəfə artıqdır.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 07.03.2018 AMB-nin notlarına, eləcə də Maliyyə Nazirliyinin dövlət istiqrazlarına marağın belə böyük olmasının (eyni dərəcədə yüksək aktivlik MN-nin istiqrazları üzrəhərraclarda da müşahidə edilir) səbəbi, banklardakı artıq likvidlikdir. İqtisadi aktivlik yetərincə olmadığı və keyfiyyətli biznes layihələrin az olması səbəbindən maliyyə təşkilatları əlləindəki vəsaitləri kredit kimi yerəşdirməkdə çətinlik çəkirlər.
Təsadüfi deyil ki, FED.az-ın Təhlil qrupunun məlumatına görə, Azərbayan banklarında kreditlərin depozitlərə olan nisbəti 57%-ə düşüb ki, bu da son illərin ən aşağı göstəricisidir.
Banklar Mərkəzi Bankın Notları ilə «dolanırlar»
17:42
7 Fev 2018