Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
Eləcə də bax: Qanunsuz əmanət qəbul edən - BANKİRLƏRİ NƏ GÖZLƏYİR? - AÇIQLAMA
FED.az xəbər verir ki, bu gün iyunun 29-da keçirilən hərracda Mərkəzi Bank tərəfindən 14 gün müddətinə 200 milyon manat həcmində vəsaitlərin cəlb edilməsi sifarişləri qəbul edilib. Depozit hərracında tələb 545,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib. Başqa sözlə, bankların bu depozitlərə tələbi təklifdən təqribən 3 dəfə (2,7 dəfə) artıq olub.
Qeyd edək ki, artıq bir müddətdir ki, kredit aktivliyinin zəifləməsi və keyfiyyətli miştəri problemi səbəbindən nəticəsində ölkə bankları əllərindəki vəsaitlərin səmərəli yerləşdirilməsi problemi ilə üzləşiblər.
Koronavirus pandemiyasının təsirləri isə bu vəziyyəti daha da ağırlaşdırıb. Nəticədə banklar vəsaitlərini gəlirliyi az olsa da daha etibarlı alətlərə yatırmağa çalışırlar. Mərkəzi Bankın manatla olduqca aşağı gəlirliyi olan alətlərinə bankların belə maraq göstərməsinin səbəbi də budur.