Noyabrın 20-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının (AMB) 50103376S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 661,61 milyon manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
100 000 000.00 AZN təşkil edib. Notların ödəmə tarixi 19.12.2019