Son dövrlərdə bir sıra banklar SMS məlumatlandırma xidmətlərinin tariflərində dəyişikliklər edib. Müştərilər üçün vacib olan bu xidmətin qiymətində artım müşahidə olunur.
Banklarda SMS məlumatlandırma xidməti neçəyədir? – BANKLAR, TARİFLƏR, SİYAHI
Bank xidmətlərinin keyfiyyəti və qiymətlərini azləyən FED.az biznes və maliyyə xəbərləri agentliyi xəbər verir ki, bu dəyişikliklər son il yarımda, yəni 2023-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər keçən dövrün müqayisəsində aydın görünür.
Belə ki, «Kapital Bank»da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. Eyni tendensiya «Unibank»da da müşahidə edilir – burada da xidmət haqqı 1 AZN-dən 3 AZN-ə qaldırılıb. «Expressbank» müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZN verməli olacaqlar.
Digər banklarda da qiymət artımları qeydə alınıb. «Ziraat Bank Azərbaycan»da tarif 2 AZN-dən 3 AZN-ə, «AFB Bank»da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib.
«Premium Bank» isə daha fərqli bir yanaşma tətbiq edərək aylıq 0.90 AZN (illik 10,8 AZN) olan ödənişi ləğv edib və indi bu xidməti illik 20 AZN-ə təklif edir. “Bank BTB”-də isə qiymət 1,30 AZN-dən 5 AZN-ə kimi artıb.
«Bank Respublika» əvvəl müəyyən kartlar üçün SMS xidmətini pulsuz təqdim edirdi, digər kartlar üçün isə aylıq 0,99 AZN tarif tətbiq edirdi. Lakin indi bütün kartlar üçün aylıq 2 AZN məbləği müəyyən edilib və əlavə olaraq, ay ərzində 100-dən çox SMS göndərildikdə hər mesaj üçün 0,06 AZN tutulur.
«Bank of Baku»da əvvəllər birdəfəlik 5 AZN olan xidmət haqqı dəyişdirilib. Hazırda «Dostbank» mobil tətbiqi vasitəsilə məlumatlandırma pulsuz olsa da, fevralın 28-dən etibarən xidmət haqqı kartın müddəti bitənədək 15 AZN olacaq.
«Yapı Kredi Bank Azərbaycan»ın «Pulkart» sahibləri üçün əvvəl olduğu kimi 6 aylıq 5 AZN və 1 illik 10 AZN tarifləri qüvvədə qalsa da, əvvəllər «Worldcard» kartları üçün pulsuz təqdim edilən xidmət indi aylıq 1 AZN məbləğində ödəniş tələb edir.
«Azər-Türk Bank»da isə tariflər sadələşdirilib. Əvvəllər müxtəlif kartlar üzrə fərqli ödənişlər tətbiq olunurdu, bəzi kartlar pulsuz idi. İndi isə bütün kartlar üçün aylıq xidmət haqqı 1 AZN olaraq müəyyən edilib.
«Xalq Bank»da əvvəllər yalnız «World MasterCard Black Edition» və «Visa Infinite» kartları üçün xidmət pulsuz idi, digər kartlar üçün isə aylıq 1,18 AZN tutulurdu. Lakin son dəyişikliklərdən sonra bütün kartlar üzrə xidmət haqqı aylıq 2 AZN olub.
«Yelo Bank» isə 2023-cü ilin noyabr ayında «Premium» kartlar üçün SMS banking-i pulsuz saxlamışdı. Digər kartlar üçün isə 1,20 AZN tutulurdu. Fevral 2025-dən etibarən «Visa Infinite» kartları üçün xidmət pulsuz qalsa da, digər kartlar üzrə aylıq 2 AZN tarif tətbiq olunacaq.
Bəzi banklar isə digər rəqiblərinə nisbətən səxavətli davranıb və qiyməti dəyişdirməyib.
«Azərbaycan Beynəlxalq Bankı (ABB)», «Turan Bank», «Bank Avrasiya», «Azərbaycan Sənaye Bankı» və «Paşa Bank» bu siyahıya daxildir.
Daha detallı məlumat aşağıdakı cədvəldə :
№ |
Bankın adı |
Fevral 2025 |
Noyabr 2023 |
1 |
Azərbaycan Sənaye Bankı |
Pulsuz |
Pulsuz |
2 |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün PULSUZ.
Digər ödəniş kartları üçün aylıq 0,40 AZN |
VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card, Mastercard Yuventus Platinum ödəniş kartları üçün pulsuz,
Digər ödəniş kartları üçün aylıq 0,40 AZN |
3 |
Yapı Kredi Bank Azərbaycan |
Pulkart üçün SMS xəbərdarlıq xidməti 6 aylıq 5 AZN, 1 illik xidmət haqqı 10 AZN. Worldcard kredit kartı üçün aylıq 1 AZN. |
Pulkart üçün SMS xəbərdarlıq xidməti 6 aylıq 5 AZN, 1 illik xidmət haqqı 10 AZN.
Worldcard kredit kartı üçün pulsuz.
|
4 |
Azər-Türk Bank |
Bütün kartlar üzrə aylıq 1 AZN |
ATB card debit , ATB car junior və ATB card depozit – aylıq 1 AZN ATB card kredit - ödənişsiz ATB card premium - aylıq 2 AZN 10 AZN (qeyri-rezident - Azərbaycan Respublikasının vətandaşı olmayan şəxslər)
|
5 |
Rabitəbank |
Bütün kartlar üzrə aylıq 1 AZN |
VISAGold/MC Gold – aylıq 0,50 AZN MC Platinum/Black – ÖDƏNİŞSİZ Bankın digər kartları – aylıq 1 AZN
|
6 |
Bank Avrasiya |
Bütün kartlar üzrə aylıq 1 AZN |
Bütün kartlar üzrə - aylıq 1 AZN |
7 |
AFB Bank |
Bütün kartlar üzrə aylıq 1 AZN |
Bütün kartlar üzrə - aylıq 0,95 AZN |
8 |
Turan Bank |
Bütün kartlar üzrə aylıq 1 AZN |
Bütün kartlar üzrə -aylıq 1 AZN |
9 |
Xalq Bank |
Bütün kartlar üzrə aylıq 2 AZN |
World MasterCard Black Edition kartları və Visa İnfinite kartı - ödənişsiz. Digər bütün kartlarda - aylıq 1,18 AZN
|
10 |
Yelo Bank |
Visa Infinite kartları vasitəsi ilə isə SMS banking xidmətinə qoşulma ödənişsizdir. Digər kartlar - aylıq 2 AZN.
|
Yelo Premium kartı üzrə - ödənişsiz. Digər kartlar - aylıq 1,20 AZN
|
11 |
AccessBank |
Bütün kartlar üzrə aylıq 2 AZN
Kredit kartlar və OK Card üçün Ödənişsiz
|
Bütün kartlar üzrə - Ödənişsiz |
12 |
Bank Respublika |
MC World Elite və Visa İnfinite kartları üçün - ödənişsiz. Digər kartlar üzrə aylıq 2 AZN. Əlavə olaraq ay ərzində göndərilən SMS sayı 100-dən çox olduqda, hər SMS üçün 0.06 AZN xidmət haqqı tutulur. |
Visa Mover, Visa Mover Platinum, MC Black Edition, MC World Elite və Visa infinite kartları üçün - ödənişsiz.
Digər bütün kartları üzrə - aylıq 0,99 AZN
|
13 |
Expressbank |
Bütün kartlar üzrə aylıq 2,50 AZN |
Bütün kartlar üzrə aylıq 0,90 AZN |
14 |
Paşa Bank |
Bütün kartlar üzrə aylıq 3 AZN
|
Bütün kartlar üzrə aylıq 3 AZN |
15 |
Kapital Bank |
Bütün kartlar üzrə aylıq 3 AZN
|
Bütün kartlar üzrə aylıq 1 AZN |
16 |
Unibank |
Bütün kartlar üzrə aylıq AZN
|
Bütün kartlar üzrə aylıq 1 AZN |
17 |
Ziraat Bank Azərbaycan |
Bütün kartlar üzrə aylıq AZN
|
Bütün kartlar üzrə aylıq 2 AZN |
18 |
Bank BTB |
Bütün kartlar üzrə aylıq 5 AZN |
|
19 |
Bank of Baku |
Bütün kartlar üzrə Dostbank mobil tətbiqi vasitəsilə məlumatlandırma - pulsuz. SMS Bankçılıq üçün xidmət haqqı həm debet, həm də kredit kartları üzrə 28.02.2025 tarixindən etibarən 15 AZN (kartın istifadə müddətinin sonuna qədər) təşkil edəcək.
|
Birdəfəlik xidmət haqqı 5 AZN. Bir dəfə balansdan çıxılır və kartın müddəti bitənədək aktiv qalır.
|
20 |
Premium Bank |
Bütün kartlar üzrə illik 20 AZN |
Bütün kartlar üzrə aylıq 0,90 AZN |