Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi depozit hərracına 6 qat tələb olub.
FED.az xəbər verir ki, fevralın 12-də keçirilən hərracda AMB 100 milyon depozit cəlb edib.
Mərkəzi Bank depozitin faiz dərəcəsini mütəmadi olaraq endirir və fevralın 11-də açıqlanan 28 günlük depozit barədə elanda son təklif 5,51% - 7,24% idi. Faizlərin aşağı olması bankların depozitə marağını azaltmayıb. Əksinə, Blumberq ticarət sistemində keçiriən hərracda 100 milyon manatlıq depozitə 648,98 milyon manatlıq - 6,5 dəfə artıq tələb olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.
Depozit hərraclarında yaranan vəziyyət və müşahidə edilən faiz dərəcələri bankların izafi likvidliyinin böyük (FED.az-ın məlumatına görə 9 milyard manat) olması ilə yanaşı, onların etibarlı yerləşdirilməsində çətinlirlərin olduğunu da göstərir.
Hərrac nəticələri həm də onu deməyə əsas verir ki, banklar üçün hazırda əsas məsələ, daha yüksək gəlirli alətlər deyil, aşağı gəlirli olsa da, az riskli alətlərdir.