Banklar lombard kreditlərinə başlayıblar. Artıq bu krediti verən bankların sayı getdikcə artır. FED.az xəbər verir ki, hazırda lombard krediti verən bankların tətbiq etdiyi faizlər kəskin fərqlənir.
Lombard kreditləri – qiymətli zinət əşyalarının girov şəklində götürülməsi ilə verilən kreditlərdir. Bu növ kreditlərin yuxarıda sadalanan digər istehlak kreditlərindən əsas fərqi müştərinin rəsmi gəliri ilə bağlı heç bir tələbin olmamasıdır. Yəni, digər istehlak kreditlərindən fərqli olaraq Lombard kreditlərinin verilməsi zamanı banklar iş yerindən arayış və ya gəlirləri təsdiq edən digər növ sənədlət tələb etmirlər. Həmçinin bu krediti müştərilər üçün əlçatan edən məqamlardan biri də, qeydiyyat və zamin tələbinin olmamasıdır.
Lombard kreditlərinin məbləğinin təyin edilməsi zamanı LTV (loan to value) əmsalından istifadə edilir. Bu kreditlər üzrə rəsmi gəlir tələbinin olmamasına baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatas (MBNP) tərəfindən kreditlərin verilməsi prosedurunu tənzimləmək məqsədilə bu əmsalın Banklarda tətbiqinin zəruriliyi haqqında qərar qəbul edilib. MBNP-nin qərarına əsasən LTV əmsalı 70%-dən çox ola bilməz. Sadə dillə izah versək, verilmiş Lombard kreditinin əsas borcu, ödəniləcək faiz məbləği və komissiya məbləğlərinin cəmi Banka girov qoyulan qızılın dəyərinin 70%-dən çox ola bilməz.
FED.az lombard krediti verən banklar üzrə şərtləri təqdim edir: