Banklar tərəfindən müxtəlif sığorta şirkətləri vasitəsi ilə kreditlərin sığortalanması çox önəmlidir. Çünki, kreditin geri qaytarıla bilmədiyi hallardan həm bank, həm də müştəri özünü sığortalamış olur. Düzdür, bu gün müştərilər götürdükləri kreditdən müəyyən haqq çıxılmasını istəmirlər, çünki bu hal ümumi kredit məbləğini aşağı salır. Lakin başa düşmək lazımdır ki, bu onların xeyrinədir. Belə ki, tutulan bir neçə faiz sığorta haqqı gələcəkdə hər hansı bədbəxt hadisə nəticəsində ödəmə qabiliyyətini itirən müştərini külli miqdarda kredit ödəmə məcburiyyətindən xilas edir.
Banklar kreditləri əsasən fərdi qəza sığortası və həyat sığortası üzrə sığortalayırlar, bəzi hallarda isə girov əsasında verilmiş kreditlərdə girov qoyulmuş əmlak sığortalanır. Sığorta hadisəsi baş verdikdə isə kredit götürmüş müştəri ödənilməli olan kredit borcundan azad olunur.
Aşağıdakı cədvəldən hansı bankların sığorta təklif etdiyini və onların sığorta haqlarını, hansı bankların isə ümumiyyətlə sığorta təklif etmədiklərini görə bilərsiz.
Qeyd edək ki, bütün məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.
Bankların sığorta göstəriciləri belədir:
BANK |
KREDİT NÖVÜ |
SIĞORTA NÖVÜ |
İstehlak krediti |
sığortalanmır |
|
İstehlak krediti |
sığortalanmır |
|
İstehlak krediti |
sığortalanmır |
|
İstehlak krediti |
sığortalanmır |
|
İstehlak krediti |
sığortalanmır |
|
İstehlak krediti |
sığortalanmır |
|
Nağd pul krediti |
girovun sığortası |
|
Nağd pul krediti |
həyat sığortası |
|
Nağd pul krediti |
sığortalanmır |
|
Gündəlik tələbat krediti |
həyat sığortası |
|
İstehlak krediti |
həyat sığortası |
|
İstehlak krediti |
fərdi qəza sığortası |
|
İstehlak krediti |
fərdi qəza sığortası |
|
Nağd pul krediti |
Sığortalanmır |
|
İstehlak krediti |
fərdi qəza sığortası |
|
İstehlak krediti |
həyat sığortası girovun sığortası |
|
İstehlak krediti |
həyat sığortası girovun sığortası |
Cədvəldən də gördüyünüz kimi, yalnız 9 bank kreditləri sığortalayır. Bankların bəzilərində müştərinin istəyindən asılı olaraq kreditlər sığortalana bilər, lakin, bir çoxunda kreditlərin sığortalanması tamamilə aparılmır.
Gələk kreditlərə sığorta tətbiq edən banklara. Beynəlxalq Bank-da nağd pul krediti sığortalanarkən 4% sığorta haqqı tutulur. Kapital Bank-da isə bu faiz 0,42-5% arasında dəyişir. Nikoil Bank yalnız 50 yaşdan yuxarı müştəriləri sığortalayır. Rabitəbank isə 1-3% arası sığorta haqqı tutur. Digər banklar isə təəsüf ki, bu göstəriciləri açıqlamır və hər bir müştəri üzrə fərdi baxıldıqdan sonra müəyyən edildiyini bildirir.