Azərbaycan bankları getdikcə daha çox kreditlərdən asılı vəziyyətə düşürlər.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində bank sektorunda qeyri-faiz gəlirləri 347.8 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% azdır. Belə ki, banklar 2017-ci ilin yanvar-avqust dövründə 537.4 milyon manat qeyri-faiz gəliri əldə etmişdilər.
Bankların faiz gəlirləri, o cümlədən kreditlər üzrə faiz gəliri də azalır. Banklar ötən ilin 8 ayında kreditlərdən 946.9 milyon manat faiz gəliri təmin etmişdilər. Cari ilin 8 ayında bu rəqəm 791.9 milyon manat təşkil edib. Qısası, bankların kreditlərdən faiz gəlirləri 16,4% azalıb.
Qeyri-faiz gəlirləri bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olunan gəlirdir.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln manatla)
Mənfəət və zərər maddələri |
31.08.2017 |
31.08.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
1,292.9 |
1,138.4 |
1.1 Kreditlər üzrə faizlər |
946.9 |
791.9 |
2. Faiz və onlara bağlı xərclər |
634.2 |
394.1 |
2.1 depozitlər üzrə faizlər |
253.4 |
258.1 |
3. Xalis faiz gəliri (zərəri) |
658.7 |
744.4 |
4. Qeyri-faiz gəlirləri |
537.4 |
347.8 |
5. Qeyri-faiz xərcləri |
630.3 |
651.2 |
6. Əməliyyat mənfəəti (zərəri) |
565.8 |
441.0 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın |
196.8 |
316.4 |
8. Digər gəlirlər (xərclər) |
2.6 |
0.7 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
371.6 |
125.3 |
10. Mənfəətdən vergilər |
21.3 |
21.5 |
11. Xalis mənfəət (zərər) |
350.3 |
103.8 |