Azərbaycan bankları koronavirusun iqtisadiyata və biznesə təsirini azaltmaq üçün Azərbaycan Mərkəzi Bankının (AMB) banklara etdiyi tövsiyələrə əməl etməyi qərara alıblar.
Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA
Eləcə də bax: Bank rəhbərləri kredit güzəştlərini - MÜZAKİRƏ ETDİLƏR - TOPLANTI
Bu barədə FED.az-a Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib. Onun sözlərinə görə, bu məsələ ABA-nın ötən gün keçirilən iclasında müzakirə edilib: «Tədbirlər planında hər bir bank üçün həm icrası məcburi olan məsələlər, həm də tövsiyələr var. İclasda ilk növbədə tədbirlərdən irəli gəən praktik məsələlər müzakirə olunub».
Eləcə də bax: Azərbaycanda banklara ediləcək - GÜZƏŞTLƏR AÇIQLANDI – RƏSMİ
İclasda müzakirə edilən məsələlərdən biri bu tövsiyalərin icrasının mümkünlüyü ilə bağlı olub. Məsələ bundadır ki, banklar kommersiya strukturu olduğuna görə, AMB banklara bəzi məsələlərlə bağlı (məsələn borcalanlara güzəşt edilməsi ilə bağlı) yalnız tövsiylər edə bilər: «İclasda qərara alındı ki, AMB-nin bu tövsiyflərinə əməl olunması məqbul hesab edilsin və hər bir bank öz prosedur və qaydalarına müvafiq dəyişiklik etməklə bu tədbirləri həyata keçirəcək. Hər bir bank ayrıca götürülmüş şəkildə bu tədbirləri icra etməli olacaq. Yəni iclasın əsas nəticəsi o oldu ki bütün banklar bu tövsiyələrin icrası üçün səfərbər olsunlar. Bunun üçün hər bir bank öz daxili qaydalarına müəyyən dəyişikliklər etməli olacaq».
Eləcə də bax: Sahibkarlara və şirkətlərə kredit güzəşti - BELƏ OLACAQ – İZAHAT
Fiziki şəxslərin kreditlərinə - NECƏ GÜZƏŞT EDİLƏCƏK? – İZAHAT
Zakir Nuriyev bildiib ki, AMB tərəfirndən banklarla bağlı bəzi tələblərin yumşaldılması banklara imkan verəcək ki, həmin tövsiyylərəi yerinə yetirsinlər: «Hazırda həm AMB, həm də banklar prosesləri izləyirlər və ilkin nəzərdə tutulan tədbirləri həyata keçirirlər. Proses davai edəcək və qarşıda əlavə hansı tədbirlərə ehtiyac yaransa, müvafiq addımlar atılacaq».