Azərbaycan banklarının kredit portfelinin ən böyük hissəsini təşkil edən iri sahibkarlığa yönələn kreditlərin həcmi dekabrın 1-nə 8 milyard 363,8 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkzi Bankının statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,9 milyon manat və ya cəmi 0,9% artım deməkdir.
Belə ki, ötən ilin dekabrın 1-nə iri biznesə 8 milyard 290,9 milyon manat kredit verilmişdi.
Digər dövrlər üzrə də artım mülayim olub. Ötən ilin sonuna (8 mlrd. 297,3 mln. manat) nəzərən portfel 66,5 milyon manat (0,8%), son bir ayda (noyabra nəzərən) isə 78,3 milyon manat (0,9%) artıb.
Xatırladaq ki, iri sahibkarlığa verilən kreditlər bu ilin noyabrın 1-nə 8 milyard 285,5 milyon manat, ötən ilin sonunda 8 milyard 297,3 milyon manat, ötən ilin eyni dövründə isə 8 milyard 290,9 milyon manat təşkil edirdi.












