“Bank Avrasiya” ASC 10 illik yubileyi münasibəti ilə “YENİ İL - YENİ EV!” kampaniyasına start verib.
FED.az kampaniya daxilində adi ipoteka kreditinin şərtlərini təqdim edir:
-İllik faiz dərəcəsi 6.5 %
-Kreditin məbləği 150 000 AZN
-Bank xərcləri “0” % - “0” AZN
-Müddət 25 ilədək
Güzəştli İpoteka üçün illik faiz dərəcəsi 4% təşkil edir və kredit 30 il müddətinə verilir.
“YENİ İL - YENİ EV!” kampaniyası daxilidə alqı-satqını sürətləndirmək məqsədi ilə sənədləşdirmə prosesi də optimallaşdırılaraq sadələşdirilib. Belə ki, alaçağı evi təyin etmiş müştəri 1 həftə ərzində artıq mənzilin sahibinə çevrilə biləcək.
İpoteka kreditlərinin rəsmiləşdirilməsi Bankın “Buta” filialında (Bakı ş, Xəqani küç., 85B) və “Sumqayıt” filialında (Sumqayıt ş., 1-ci məhəllə, ev 2) həyata keçirilir.
Bankdan bildirildi ki, 6,5% olan illik faiz dərəcəsi hazırda Azərbaycan bankları arasında ipoteka krediti üzrə ən aşağı nisbətdir. Həmçinin, Bank Avrasiyada müştəridən əlavə heç bir komissiya tutulmur.
Qeyd edək ki, digər banklarda ipoteka kreditinin faiz dərəcəsi 6,8% - 7%-dir.