Qiymətli kağızlar bazarında proritet məsələlərdən biri də investorların maliyyə bazarlarına çıxış imkanının genişləndirilməsidir. Bunun üçün atılacaq addımlardan biri gələcəkdə bankların investisiya xidmətləri göstərməsi olacaq.
FED.az xəbər verir ki, bu barədə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İnfrastruktur Nəzarət idarəsinin rəhbəri Ruslan Babayev Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, investisiya xidmətlərinin göstərilməsi üzrə bir neçə ölkə, o cümlədən inkişaf etməkdə olan ölkələrdən, nümunə olaraq Türkiyə və Yunanıstanın, inkişaf etmiş ölkələrdən isə ABŞ, İngiltərə, İsveçrə və Almaniya kimi ölkələrin bazarları təhlil edilib. «Bununla bağlı təkliflər paketi hazırlanıb və bu istiqamətdə bankların gələcəkdə investisiya xidmətlərinin göstərilməsi ilə bağlı qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Sadəcə bildiyiniz kimi, bu gün investisiya xidmətlərinin göstərilməsi lisenziyalaşdırılır. Ona görə də, qanunvericilikdə bankların investisiya fəaliyyətnin lisenziyalaşdırılması, hansı xidmətlərin göstərilməsinə razılıq verilməsi məsələsi, öz əksini tapacaq. Çünki dünya təcrübəsində də banklara bütün növ investisiya xidmətlərinin göstərilməsinə icazə verilmir. Bu yenilik banklara həm kapitallarının diversifikasiyası, eyni zamanda maliyyə bazarlarında aktiv iştiraka gətirib çıxaracaq. Bununla bağlı təkliflər paketi hazırlanır və gələn iin 1-ci 2-ci rübündə bununla bağlı qərar verilməsi gözlənilir».
Banklar investisiya xidmətləri də göstərəcək – PALATADAN AÇIQLAMA
16:35
21 Dek 2017