Bu gün Bakıda “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.
FED.az xəbər verir ki, Forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, əsas məsələ bank sektorunun və real sektorun münasibətlərinin növbəti mərhələyə keçməsini təmin etməkdir.
Burada həm real sektorun, həm də bank sektorunun öz məsuliyyəti var, çünki çox böyük likvidlik var və bu likvidlik Azərbaycanda istehsal olunmuş məhsula və xidmətə çevrilməlidir. Bütün bu texnologiyalar, rəqəmsallaşma və digər məsələlər bilavasitə buna xidmət edir.
Bilirsiniz ki,gələn ildən həm dövlət büdcəsinin həcmi böyüyür, həm də iqtisadi artımla bağlı müsbət proqnozlar var. Bu bank sektoruna verilmiş əlavə bir avansdır. İndiki halda bank sektoru daha çox inkişaf bankı paradiqması üstündə gedir, yəni təkcə kredit vermək yox , dəyər zəncirində olan bütün xidmətləri özündə ehtiva etməklə müştəri ilə birlikdə inkişafa nail olmağı təmin etməlidir.
Banklar hökmən real sektora pul ayırmalıdırlar
11:06
15 Noy 2018