Prezident İlham Əliyevin problemli kreditlərin tənzilənməsi haqqında fərmanına əsasən, dollar krediti olan vətəndaşşara kompensasiya verilməs nəzərdə tutulsa da, reallıqda hesablanan kompensasiyaların böyük hissəsi banklara ödənişə sərf edilir. Bunun səbəbi bankların öz müştərilərinə həddən artıq böyük faizlər hesablamasıdır.
Eləcə də bax: Ləğv edilən bankın müştərilərinə - ÖDƏNİŞLƏR BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, vaxtilə bəzi banklar müştərilərə böyük faizlər hesabladıqlarına görə, indi vətəndaşlara çatmalı olan kompensasiyanın böyük hissəsi məhz bu borcların bağlanmasına sərf edilir. İqtisadçı yazır:
Eləcə də bax: Azərbaycanda bank rəhbərindən böyük zərər və mənfəət - AÇIQLAMASI
«Təklif edirəm ki, kompensasiya ödənişi şişirdilmiş faiz borcları silindikdən sonra həyata keçirilsin. Bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıblar.
Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb. Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır.
Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiya mərhum olur.
Nə təklif edirik? Əsas məbləği kiçik olan və ya olmayan amma yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin».
«Banklar faiz borclarını şişirdiblər» – KOMPENSASİYANIN «ƏRİMƏSİ»NİN SƏBƏBLƏRİ
13:40
8 Aprel 2019