Rusiyada bir neçə iri banklar işçilərinə monitorun ekranını telefon vasitəsilə çəkməyə qadağan etdi. Yeni məhdudiyyətlər tənzimləyici sənədlərdə öz əksini tapıb.
ELƏCƏ DƏ BAX : Banklar əhalidən əmanəti 12 faizlə götürür, krediti 25 faizlə verir- MÜSAHİBƏ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu banklara Rusiyanın “Sberbank” bankı da daxildir. Əməkdaşlarına münasibətdə yeni məhdudiyyətləri tətbiq edənlər sırasında VTB bankı da var. Görülən tətbiqlərin əsas məqsədi kiber təhlükəsizliyin təmin edilməsidir.
İşçilərə monitorların ekranından rəsmi sənədlərin, təqdimatların və müştəri məlumatlarının foto və video çəkilişini etmək qadağan edilib.
“FK Otkritiye” informasiya departamentinin direktoru olan Vladimir Juravlyov qeyd edir ki, müştəriləri məlumatlarından fırıldaqçılar istifadə edə bilərlər. Belə məhdudiyyətlər isə banklara qeyri-qanuni bazarlarla mübarizə aparmağa kömək edəcəkdir.