Accsessbank
Depozitə qoyulmalı olan minimal məbləğ 50 manatdır. Əmanətin müddəti əmanət növündən asılı olaraq 1-60 aydır. Manatda maksimal faiz dərəcəsi 11%-dir. Dollarda 1%, avroda isə 0.5%-dir. Əmanət faizlərinin ödənişi aylıq,rüblük,yarımillik,illik və ya müddətin sonunda olur.
AFB Bank
AFB Bankda manatda olan müddəti 6 ay olan əmanətlərə 4%, 12 ay müddətinə yatırılan manat əmanətinə isə 7% gəlirlik təklif olunur.
Dollar və avroda olan əmanətlərə görə 6 aydan 12-aya kimi 1% 12 ay və daha artıq olanda 1.5% təklif olunur.
AGB Bank
AGB Bankda manatda əmanət faizləri müddətindən asılı olaraq 11-13% arasında dəyişir. Valyutada əmanət faizləri isə 1-3% arasında dəyişir. Qeyd edək ki, yüksək faizli əmanətlər uzun müddətə yatırılanda və müddətin sonunda götürüləndə bu faizlər verilir müştərilərə. Minimal məbləğ isə 100 dollar və ya 100 manatdır.
Amrahbank
Amrahbankda minimal əmanət məbləği 50 manat və 50 dollardan az olmamalıdır. Manatda olan əmanətlərə görə maksimum 10% gəlirlik faizi verilir. 10% maksimum müddətə qoyulduqda əldə etmək mümkündür. Dollarda isə 1-2% gəlirlik mümkündür. Avroda isə faiz gəlirliyi 0.5-0.75% arasında dəyişir.
Ata Bank
Ata Bankda minimal məbləğ 500 manat,500 dollar və ya 500 avro olmalıdır. Dollarda bir illik əmanət 3%,avroda illik gəlir 2%, manatda 60 aylıq əmanət isə 13% təşkil edir.
Azərbaycan Beynəlxalq Bankı
Bankda əmanətlərin faizlərinə əsasən fərdi olaraq yanaşılır. Yatırılacaq əmanətin məbləği isə 500(manat,dollar,avrodan)aşağı olmamalıdır. Əmanətlər isə 3-6-12 aylıq müddətə yatırıla bilər.
Azərbaycan Sənaye Bankı
Azərbaycan Sənaye Bankı nda manatla əmanət faizləri müddətdən asılı olaraq 5-12% arasında dəyişir. Faizlər isə müddətin sonunda ödənilir. Dollarda isə yalnız bir illik yatırılan əmanətlərə 1% gəlirlilik hesablanır. Avroda da yalnız 12 aylıq əmanətlərə faiz verilir. Bu zaman isə gəlirlilik faiz 0.5% təşkil edir.
Azər Türk Bank
Azər Türk Bankın standart əmanəti isə olduqca aşağı əmanət faiz verən banklardandır. Belə ki, standart əmanət yatırımda manata illik 3% gəlirlilik mümkündür. Dollarda isə bu faiz göstəricisi illik 1%dir. Faizləri yalnız müddətin sonunda götürmək mümkündür. Qoyulacaq əmanət isə 500-dən aşağı olmamalıdır. Bundan başqa stadart əmanətçilərə kart verilir ki,bu zaman vaxtından əvvəl pozulan müqavilə zamanı, müştəri kartın pulunu ödəməli olur.
Bank Avrasiya
Bank Avrasiya əmanətçilərinə manatda aylıq 2% illik isə 10% gəlirlilik vəd edir. Dollarda bu göstəricilər aylıq 0.25% illik isə 2.25%-dir. Avroda yatırılan əmanətlərə isə ən tez 12 ayın sonunda faiz verilir ki, bu göstərici də 0.5% təşkil edir. Bu banka yatırılacaq minimal məbləğ isə min (manat,dollar,avro) olmalıdır. Qeyd edək ki,əmanətin faktiki müddəti 6 ay olduqda əmanətçiyə faiz verilmir. Həmçinin bu bankda qoyulan əmanətin məbləği də artırıla bilməz. Əmanətin faizi isə 6 aydan 12-aya kimi olduqda əmanət faizinin 50% ödənilir.
Bank BTB
Bu bankda 31-91gün ərzində nə manatda nə də avroda yatırılan əmanətlərə faiz verilmir. Bank BTB-də manatda müddətli əmanətlərə maksimum 8%, dollarda isə 1% gəlirlilik hesablanır. Məlumat üçün bildirək ki, 300 min dollarda və ya artıq məbləğdə əmanət yatırmaq istəyənlərin faiz dərəcəsinə fərdi baxılır.
Bank Respublika
Bank Respublika fiziki şəxslərə illik manatda yatırılan əmanətlərə aylıq 2%,6 aylıq əmanətin müddətində isə 3%- lik gəlirlik ödəyir. İllik manatda yatırılan əmanət aylıq faizi 7%,illik müddətin sonunda isə 8% təşkil edir. Dollarda isə bu rəqəmlər 0.5% təşkil edir. 500 min manatdan yuxarı məbləğdə əmanət yatırmaq istəyənlərin faiz göstəricilərinə fərdi baxılır.
Bank Silk Vay
Bu bankda əmanət yatırmaq istəsəz minumum ya 500 min manatınız, dollarınız və ya avronuz olmalıdır. Bu zaman manatda olan zəmanətlərə illik 2%,dollarda isə 1.5% gəlirlilik hesablanır. Avro ilə yatırılan əmanətlərin faizlilik gəlirliyi isə razılaşma yolu hesablanır.
Bank VTB Azərbaycan
Bank VTB-də manata maksimum illik faiz 10.5%dir. Aylıq faiz isə 2%-dir. Dollarda bu göstərici isə maksimum 1%-dir. Dollarda isə aylıq ödəniş maksimum faizi 0.9%-dir.
ExpressBankda klassik əmanət növündə 12 aylıq manat əmanətində hər ay 10% gəlirlilik,dollarda isə bir illik əmanət yatırımında hər ay 1% gəlirlilik əldə etmək mümkündür. Müddətin sonunda isə manat 10.4% manatda,1.5% isə dollarda mümkündür.
GunayBank
Gunaybanka pul əmanət etmək istəyənlərin ən azı ya 500 manatı,bu məbləğdə dolları, ya da ki, avrosu olmalıdır. Bir illik yatırılacaq manatla əmanətə bank müddətin sonunda 12%,dollarda illik əmanətə isə 3%gəlirlilik verir. Qeyd edək ki, əmanətçi əmanətini vaxtından qabaq götürərsə bu zaman toplanmış faizlər müştərilərə ödənmir. 6 aydan tez götürülən əmanətlər görə isə müştəri 10 manat cərimələnir.
Xalq Bank
Xalq Bankda müddətli əmanət növündə minumum yatıracağınız əmanətin məbləği min manat olmalıdır. 3 aya qədər olan manatda əmanətlərə faiz ödənilmir. Bu müddət üçün dollar əmanətinə faizdən isə danışmağa dəyməz. 3 yadan 6 aya qədər olan manat əmanətləri üçün 1.5% ödənilir. Dollarda isə bu müddət üçün əmanət faizi nəzərdə tutulmayıb. Xalq Bankın müddətli əmanət növündə 6-9 ay üçün manatda 3%, dollarda isə 0.5%-dir. 9-12 ay müddətinə isə manatda 4.5%,dollarda 0.75%, avroda isə 0.375% gəlir faiz təklif olunur. Ümumilikdə bank manatda maksimum 6%, dollarda 1%, avroda isə 0.5% gəlir təklif edir.
Kapital Bank
Kapital Bankda kapital depoziti bir illik manat əmanətlərinə aylıq 8%,18 aylıq manat əmanətlərinə aylıq 8.5% təklif edilir. Dollarda olan əmanətlərə bu müddətə aylıq faiz gəlirliyi təklif olunmur. Dollarda əmanətlərə yalnız 24 aylıq yatırıma aylıq 0.2%,36 aylıq yatırıma isə ayda 0.4% təklif olunur. Manatda göstərilən bu müddətlərə isə aylıq müvafiq olaraq 9% və 9.5% gəlirlilik təklif olunur. Kapital depoziti əmanət növündə 36 aya maksimum 10%, dollarda isə maksimum 0.5% verilir. Əmanətin azaldılması - vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faizlər milli valyutada (AZN) illik 1% ilə ödənilir. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə illik azaldılan hissə min. 100 AZN/USD, əmanət 100 AZN/USD qalanadək azaldıla bilər. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən 5 manat komissiya tutulur.
Bank Melli İran
Bu bankda əmanət yatırmaq istəyənlərin minumum 5 min manatı olmalıdır. Qeyd edək ki, bank digər valyutada əmanət qəbul etmir. Əmanət 6 və 12 ay müddətinə yerləşdirilə bilər . Manatda 6 aylıq müddətinə yerləşdirilən əmanətlərə ayda 5%, müddətin sonunda isə 6% gəlirlilik ödənilir. 12 aylıq manat əmanətində isə hər ayın sonu 8%,müddətin sonunda isə 10% gəlirlilik təklif olunur.
MuğanBank
MuğanBank minumum əmanət olunacaq məbləğ 500 manatdır. Manatda maksimum illik faiz 12.5% dollarda isə maksimum faiz gəlirliyi illik 3%-dir. Qeyd edək ki müqavilə vaxtından əvvəl pozularsa 6 aya qədər əmanətin 1% 6 aydan sonrakı müddətdə pozularsa məbləğin 2%-i gəliri verilir.
NaxçıvanBank
Əmanətin minumum həddi 100 manatdır. İllik gəlirliyi 2%dir. Həmçinin bir çox banklardan fərqli olaraq NaxçıvanBank hesaba əlavə vəsaitin qəbul olunmasını və ya əmanətlərin hissə dənilməsinə icazə verir. NaxçıvanBankda illik maksimum gəlirlik 4% dir.
NBC Bank
NBC bankda 12 aylıq əmanət olunan manata illik maksimum 13%, dollarda illik əmanətə isə maksimum 3% ödənilir. Qeyd edək ki bu göstəricilər bankın maksimum depozit əmanət növündə təklif olunur və bu zaman qoyulacaq əmanət minumum 200 manat olmalıdır.
Nikoil Bank
Bu bankda əmanət edəcəyiniz məbləğin minumum məbləği 100 manat olmalıdır. Mnatda əmanət olunan məbləğin illik faizi 10.5% aybaay götürüləcək fiaz isə 10% təşkil edir. Dollarda qoyulan əmanətə ay sonunda 1.5% gəlir, müddət sonunda isə 2% gəlir əldə etmək olar.
Paşa Bank
Məlumat üçün bildirək ki, Paşa Bankın müştərisi olmayanlar bu banka pul yatırmq üçün ən azı 100 min manatları olmalıdır. Bu zaman faiz göstəricilərinə fərdi yanaşılır. Paşa Bankın müştəriləri olanlar isə 20-30 min arası depozit yatırmalıdır. Bu zaman manatda ayabaay faiz gəlirliyi 8.10%, ilin sonunda isə 8.50% olacaq. Dollarda aybaay faiz gəlirliyi 0.35%, müddətin sonunda isə 0.40% təklif olunur.
RabitəBank
Rabitəbankda minimum qoyulacaq məbləğ 200 manatdır. Bankın 24 aylıq manatda qoyulan əmanətə illik faizi 10% dollarda isə 1.5% dir. Aybaay manat depozitlərinin maksimum 3%-dir. Dollarda isə aylıq faiz ödənişi 0.5%-dir.
Turanbank
Turanbankda minimum qoyulacaq əmanət 100 manatdır. Illik manatda olan əmanətlərə aylıq 11% müddətin sonunda isə 11.40% ödənilir. Dollarda olan əmanətlərə isə aybaay 2%, müddətin sonunda isə 2.5% ödənilir.
Unibank
Unibankda minumum yatırmalı olduğunuz əmanət məbləği 50 manat,dollar və ya avro olmalıdır. Manatda yatırılacaq əmanəti aybaay götürmək istəyənlər illik 10%,müddətin sonunda isə 11% qazanacaqlar. Dollarda əmanət yatıranlar aybaay faizlərini götürmək istəsələr illik 1.5% müddətin sonunda isə 2% qazanc əldə etmiş olacaqlar.
Yapı Kredi Bank
Yapı Kredi Bankda qoyulacaq minimum məbləğ 250 manat olmalıdır. Bank manatda 36 aya yerləşdirilən əmanətə müddətin sonunda 10.50%, dollarda 0.50%,avroda isə 0.25% gəlir təşkil edir.
Ziraat Bank
Ziraat Bankda yatırılmalı olan minumum məbləğ min manatdır. Manat əmanətçilərinə Aylıq, üç ayda bir və müddət sonunda 1%, dollarda əmanəti olanlara isə 0.1% gəlir təklif olunur.
Məlumat üçün bildirək ki, Bank of Baku və Pakistan Milli Bankı əmanət qəbul etmirlər.
Aparılan araşdırmadən belə bəlli olur ki, bank depozitləri manatda maksimum 13%, dollarda isə 3% gəlir təklif edə bilirlər. Onu da qeyd edək ki, bu maksimum göstəriclərdi. Lakin heyfislənməyə dəyməz belə ki, bank əmanətləri ilə müqayisədə daha sərfəli dövlət istiqrazları var. Belə ki, dövlət istiqrazları bank depozitləri ilə müqayisədə daha çox 8-15% lik gəlir təklif edir. Dövlət istiqrazlarının əldə edilməsi ilə bağlı sualları olanlar 012 310 33 30 telefon nömrələrilə əlaqə saxlamaqla AzFinance İnvestisiya şirkətindən ətraflı məlumat əldə edə bilərlər.