FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bank icmalında bildirilir. Hesabatda deyilir ki, yanvar-oktyabr aylarında ölkənin bank sektorunun gəlirləri 2 411,2 milyon manat, xərcləri 1530,3 milyon manat olmaqla, əməliyyat mənfəəti 880,9 milyon manat təşkil edib.
Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 309,6 milyon ayrılıb, 25,1 milyon manat isə mənfəət vergisi kimi ödənilib. Nəticədə bank sektorunun 10 aylıq mənfəəti 549,6 milyon manat təşkil edib.
