2017-ci ilin mart ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 12,6 mln. manat həcmində ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı xəbərə görə, bu, fevral ayı ilə müqayisədə 14,86% və ya 2,2 mln. manat azdır. Bununla belə, bu il banklar tərəfindən 37,5 mln. manatlıq ipoteka krediti verilib. Ötən ilin mart ayı ilə müqayisədə isə bu ilin mart ayında banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 63 dəfə və ya 12,4 mln. manat artıb.
Cari ilin yanvar-fevral aylarından fərqli olaraq martda dövlət büdcəsindən AİF-ə 12,1 mln. manat həcmində vəsait ayrılıb.
Bu ilin mart ayında AİF 1,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Ötən ay Bakı Fond Birjasında AİF-in 20 mln. manat həcmində istiqrazı yerləşdirilib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin aprelin 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 904,2 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,66%, aylıq ödəniş isə 300,6 manat təşkil edib.