Azərbaycan banklarında əmanətlərin həcmində müşahidə edilən artım proporsiyalrında xarici valyuta yenə öndədir. FED.az xəbər verir ki, manat depozitlərində 200 milyon manata yaxın artım var, dollarla olan depzoitlər isə bir ayda 897 milyon manat artıb.
Depozitlər bankların kredit verməsi üçün əsas maliyyə resursudur. Lakin banklar bu dollarları realizə etməyə və ondan gəlir götürməyə yer tapmırlar. Çünki müştərilər yalnız manatla olan kreditlərə üstünük verirlər (bu faiz belə çox azdır-FED) və xarici valyutada olan problemli kredit tarixçəsinin mənfi təsirləri hələki yaxın keçmişi əhatə etdiyindən heç kim yenidən risk daşımağa hazır deyil.
Ona görə də banklar 2017-ci ilin ortasından başlayaraq, maliyyə böhranı vaxtları 17-18 faizə “dolları olan gəl bəri” deyə reklam çarxları barədə hədəflərini alt-üst ediblər. Bir neçə bank isə ümumiyyətlə depozit götürmür, çünki kredit də vermir.
Beləliklə, bankların dollar üzrə əmanətlərə təqdim etdikləri faizlər hətta 0,1 faizdən başlayır və bu ilin sonuna qədər bunun artması ehtimalı belə yoxdur.
Banklar | Faiz dərəcələri (%) | Minimal məbləğ (USD) | Müddət (ay) |
1.Access Bank | 1-3 | 50 | 6-24 |
2.AFB Bank | 1-1,5 | 1000 | 6-12 |
3.AG Bank | 2-3 | 100 | 6-24 |
4.Amrah Bank | 2-3 | 50 | 3-36 |
5.Ata Bank | 3-6 | 500 | 3-60 |
6.Beynəlxalq Bank | 2 | 500 | 12-36 |
7.ASB | 1 | 50 | 12 |
8.Azər-Türk Bank | 0,1-0,4 | 500 | 6-12 |
9.Bank Avrasiya | 2,5-3 | 1000 | 12-24 |
10.Bank of Baku | 1,9-2 | 100 | 6-24 |
11.Bank BTB | 0,25-1 | 100 | 6-36 |
12.Bank Respublika | 0,3 | 100 | 12-24 |
13.Bank Silkvey | 1,5 | 500 000 | 12 |
14.VTB Bank | 0,2-0,5 | 100 | 6-12 |
15.Express Bank | 1,5-2 | 500 | 12-24 |
16.Günay Bank | 3 | 500 | 12 |
17.Xalq Bank | 1 | 100 | 12 |
18.Kapital Bank | 0,1-0.5 | 100 | 12-24 |
19.Muğan Bank | 3 | 1000 | 12 |
20.NBC Bank | 1-3 | 200 | 1-12 |
21.Nikoil Bank | 1-3 | 100 | 3-36 |
22.PAŞA Bank | 2 | 1000 | 12-24 |
23.Rabitə Bank | 0,5-0,75 | 200 | 3-24 |
24.Turan Bank | 2,5-3,5 | 100 | 6-36 |
25.UNİBANK | 0,5-2 | 50 | 12-24 |
26.Yapı Kredi Bank | 0.5 | 250 | 12-24 |
27.Ziraat Bank | 0,25-1 | 1000 | 3-36 |