Xəbər verdiyimiz kimi, bu gün dekabrın 26-da Mərkəzi Bankda Dövlət Neft Fondunun (DNF) da iştirakı ilə növbəti valyuta hərracı baş tutub. Bank dairələrindən gələn məlumata görə, bu dəfə DNF hərraca 35 milyon dollar çıxarıb. Ancaq hərracda bundan 3 dəfədən də artıq həcmdə valyuta satılıb.
Çünki bankların dollara tələbi bu dəfə də təklifdən dəfələrlə artıq olub. Harracda banklara ümumilikdə 110 milyon dollar satılıb.
Qeyd edək ki, dekabr ayında hərraclarda ümumilikdə 456 milyon 850 min dollar satılıb.
Xatırladaq ki, dekabrın 21-də baş tutan hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.
İnsider©
Banklar dollar toplayır: valyuta satışı 1,8 dəfə artdı
15:32
26 Dek 2017