Azərbaycanda banklar müştərilə verilən xalis kreditlərin məbləğini artırıb. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, (MBN) bu ilin birinci yarısında banklar müştərilərinə 11,708 mln manat kredit verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16.26% çoxdur.
Ümumilikdə isə iyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13,146.0 mln. manat təşkil edib.
Banklar daha çox kredit verməyə başlayıblar
18:24
30 İyul 2019