Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Bank

  1. Ana səhifə
  2. Bank
  1. Bank

Banklar da ağıllanıb - ƏHALİ DƏ…

Banklar da ağıllanıb - ƏHALİ DƏ… | FED.az
10:22 4 İyul 2022

Ekspertlər deyirlər ki, artıq insanlar əvvəlki qədər kredit götürməyə maraq göstərmirlər, çünki krediti götürməyin asan olduğunu, ödəməyin isə xeyli vaxt tələb etdiyini bilirlər. Banklar da bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verirlər.

Eləcə də bax: SİF: "Sahibkar kredit alır, 3-5 ay sonra VÖEN-ni bağlamaq istəyir ki, hesabat verməsin”

2015-ci il devalvasiyalarından əvvəl əhalinin kreditlərə yanaşması fərqli idi. İnsanlar işlərini kredit götürməklə həll edirdilər. Devalvasiyadan sonra isə kreditlərə münasibət dəyişdi. Bu proses uzun müddət davam etdi və davamlı olaraq banklar kredit götürən müştəri cəlb etmək üçün müəyyən kampaniyalar həyata keçirdilər. Son vaxtlar kredit götürənlər yenidən artır, amma yenə də o vaxtkı aktivlik yoxdur.

Üstəlik, devalvasiyadan öncəki ilə bu günün problemli kreditlərinin məbləğində də fərq böyükdür. Devalvasiyadan öncə - 2014-cü ildə problemli kreditlərin həcmi 1 milyard manat səviyyəsinə çatmışdı. Devalvasiya dövründə bu məbləğ çoxalsa da, hazırda 700 milyon səviyyəsindədir.

Problemli kredit məbləğinin az olması nəyin göstəricisidir? Ümumiyyətlə, hazırda əhalinin kreditlərə yanaşması, kredit savadlılığı necədir?

Daha ehtiyatla kredit götürürlər

FED.az xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, əhali kreditlə bağlı müəyyən mənada savadlanıb: “Devalvasiyadan sonra insanlarımız kredit məsələsində daha ehtiyatlı olublar. Ən azı, xarici valyutada kredit götürməkdən çəkinirlər, devalvasiyanın nə olduğunu bilirlər. Hamını demək olmaz, amma çox insan ən azı müqavilənin müddətinə, məbləğinə, faiz dərəcəsinə diqqət yetirir. Yaxud kreditlərin ödəniş qəbzlərini atmırlar. Bilirlər ki, müqavilə bitəndən sonra ödəniş qəbzlərini ən azı 3 il saxlamaq lazımdır”.

İnsanların hələ də diqqətli yanaşmadığı məsələlərdən biri kredit müqaviləsini oxumamaqlarıdır. Ə.Həsənov bildirdi ki, ümumiyyətlə, dünyada vətəndaşlar bir qayda olaraq kredit müqaviləsini oxumurlar: “Sadəcə, dünya ölkələrinin əksəriyyətində istehlak kreditləri haqqında qanun var. O qanun vətəndaşlara verilən kredit müqaviləsində nələrin ola və ya olmaya biləcəyini müəyyənləşdirir. Banklar müqaviləyə qanunsuz nə isə daxil edirsə, məhkəmə həmin müddəaları etibarsız sayır. Çünki insanlar nə qədər savadlı olsalar belə, qanun onları qorumalıdır. Bizdə qanun kredit götürənləri qorumur. Çünki elə bir qanunumuz yoxdur”.

Məsuliyyətsiz kreditləşmə

İqtisadçı Xalid Kərimli deyir ki, devalvasiyadan öncə insanların kredit savadlılığının az olması ilə yanaşı, banklar da məsuliyyətsiz kreditləşməyə gedirdilər: “Bunda günahkar banklar da deyildi. 2010-cu illərdə əhalinin gəlirlərinin, əməkhaqqılarının rəsmiləşdirilməsi indiki ilə müqayisədə xeyli az idi. Ona görə, banklar insanların təkcə rəsmi deyil, eyni zamanda qeyri-rəsmi gəlirlərinə də baxırdılar. Bəzən də bu ona gətirib çıxarırdı ki, banklar kimə gəlirdi vəsait verirdilər. Mərkəzi Bank da banklar üzərində nəzarəti kifayət qədər təşkil etməmişdi. Banklar məsuliyyətsiz surətdə kreditləşməyə gedirdilər. Bu, sonradan bankların özü üçün də problemə çevrildi”.

X.Kərimlinin sözlərinə görə, 2015-ci illə müqayisədə həm bankların üzərində nəzarət artıb, həm banklar böhranlardan dərs çıxarıb, həm insanların gəlirləri rəsmiləşir, həm də əhalinin müəyyən qədər kredit savadlılığı artıb: “Banklar bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verirlər. Problemli kreditlərin çoxalmasında günahın nə qədəri müştəridə idisə, bir o qədəri də bankda idi. Hər ikisi bir az məsuliyyətlənib”.

Kreditləşmədə maksimum hədd

Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, 2015-ci il devalvasiyalarından öncə istehlak krediti götürən insanların sayının indiki ilə müqayisədə çox olmasının səbəbləri var idi. O səbəblərdən biri o zaman banklar arasında “Kim daha çox kredit verəcək?”, “Kim daha çox müştəri cəlb edəcək?” yarışı idi. Digər səbəb isə o vaxt istehlak kreditlərində maksimum həddin tətbiq olunmaması idi: “Müştəri banklara yaxınlaşırdı, bir bank 3000, biri 5000, digəri 7000 verə biləcəyini deyirdi. Daha çox riskə gedən bank daha çox müştəri cəlb edirdi. Bunun fəsadları sonradan üzə çıxdı. Sonra Mərkəzi Bank tərəfindən borcun gəlirə nisbəti əmsalı tətbiq olunmağa başladı. Bu əmsal bankdan asılı olmayaraq bir vətəndaşa verilə biləcək kreditin maksimum həcmini müəyyən edir. İndi vətəndaşın aylıq kredit ödənişlərinin cəmi onun ümumi rəsmi gəlirinin maksimum 45 faizi qədər ola bilər. Bütün banklarda müştəriyə eyni cür yanaşılır. Bu da artıq kredit alanların sayında azalmaya gətirib çıxarıb. Çünki bundan əvvəl həmin vətəndaş hansısa bankdan 5000 kredit götürə bilirdisə, indi hansı banka getsə, 2500-dən artıq ala bilmir”.

Banklar izah edirlər ki…

X.Məmmədli deyir ki, istehlak kreditləri götürənlərin az olmasının digər önəmli səbəbi insanların kreditlə bağlı maariflənməsidir: “Devalvasiyalardan sonra mənasız yerə borclanmaq, ehtiyac olmadığı halda bankdan vəsait almaq, boşuna faiz ödəmək kimi məsələləri də insanlar başa düşməyə başladılar. Başa düşürlər ki, krediti almaq asandır, amma ödəmək zaman tələb edir. Çox vacib deyilsə, hər ay o kredit üçün büdcədən vəsait ayırmağa lüzum görmürlər. Mətbuat və Mərkəzi Bank tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır, maliyyə savadlılığı tədbirləri təşkil olunur. Banklar da kredit üçün yaxınlaşan şəxslərə izah edirlər ki, ehtiyacdan artıq pul götürməsinlər. Çünki banklara da sərf etmir ki, vətəndaş əsassız yerə pul götürsün, sonra ödəməkdə problem yaransın”.

X.Məmmədli qeyd etdi ki, kredit savadlılığının artmasının bir göstəricisi də artıq insanların kimə gəldi zamin durmamaqlarıdır: “Devalvasiyadan öncə, çox adam deyirdi ki, filankəs xahiş etdi, “yox” deyə bilmədim. Zaminliklə bağlı da devalvasiyadan sonra kifayət qədər maarifləndirmə işi getdi. İndi artıq insanlar münasibətə görə məcbur qalıb etibar etmədikləri, maddi vəziyyəti yaxşı olmayan adamlara zamin durmurlar”. (Kaspi.az)

Banner
Banner
  • Banklar
  • kredit
  • ağıllanmaq
  • devalvasiya
  • Əkrəm Həsənov 
Paylaş

Digər xəbərlər

“Yelo Bank”ın səhmdarlarında - DƏYİŞİKLİK OLUB
Bank 12 Avq 2022
“Yelo Bank”ın səhmdarlarında - DƏYİŞİKLİK OLUB
TuranBank-ın yeni Abşeron filialı - Müştərilərin Xidmətində!
Bank 12 Avq 2022
TuranBank-ın yeni Abşeron filialı - Müştərilərin Xidmətində!
«AFB BANK» kompüter və noutbuklar alır – TENDER ELANI
Bank 12 Avq 2022
«AFB BANK» kompüter və noutbuklar alır – TENDER ELANI
«Kapitalbank» evin təmiri üçün - 7 İLLİK KREDİT VERİR - ŞƏRTLƏR
Bank 12 Avq 2022
«Kapitalbank» evin təmiri üçün - 7 İLLİK KREDİT VERİR - ŞƏRTLƏR
Azərbaycanda 4 bankın balans kapitalı - 400 Milyon Manatdan Çoxdur
Bank 12 Avq 2022
Azərbaycanda 4 bankın balans kapitalı - 400 Milyon Manatdan Çoxdur
"Dəmir Bank"ın əmlakı yenidən - HƏRRACA ÇIXARILIR
Bank 11 Avq 2022
"Dəmir Bank"ın əmlakı yenidən - HƏRRACA ÇIXARILIR
Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA
Bank 11 Avq 2022
Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA
Azərbaycan bankları valyuta əməliyyatlarından - 138 MİLYON MANAT QAZANIBLAR
Bank 11 Avq 2022
Azərbaycan bankları valyuta əməliyyatlarından - 138 MİLYON MANAT QAZANIBLAR
"Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
Bank 11 Avq 2022
"Rabita Mobile” ilə ödəniş - BONUSLAR QAZANDIRIR!
"Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
Bank 11 Avq 2022
"Azər Türk Bank" gənclər üçün yeni təcrübə proqramına - BAŞLAYIR
“Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
Bank 11 Avq 2022
“Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini - YÜKSƏLDİB
Moody’s agentliyi Bank of Baku-nun reytinqini - BİR DAHA YÜKSƏLTDİ!
Bank 10 Avq 2022
Moody’s agentliyi Bank of Baku-nun reytinqini - BİR DAHA YÜKSƏLTDİ!
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    22:38 14 Avq 2022
  • "PASHA Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:37 14 Avq 2022
  • "Bank Respublika" ASC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 300-400-500-600-1000 manat - 16 VAKANSİYA
    22:33 14 Avq 2022
  • Bakıda restoran ofisiant axtarır - AYLIQ QAZANC 1000-1500 MANAT - VAKANSİYA
    21:13 14 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    20:41 14 Avq 2022
  • Laçını tərk edən ermənilər - EVLƏRİNİ YANDIRIRLAR - VİDEO - FOTOLAR
    19:35 14 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 22 VAKANSİYA
    22:23 13 Avq 2022
  • "eTopaz" işçilər axtarır - VAKANSİYALAR
    22:11 13 Avq 2022
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    22:09 13 Avq 2022
  • "Engin Ltd" işçi axtarır - VAKANSİYA
    22:08 13 Avq 2022
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    22:05 13 Avq 2022
  • "Invest AZ" QSC işçi axtarır - YÜKSƏK GƏLİR - VAKANSİYA
    22:00 13 Avq 2022
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR ÖLDÜ
    20:53 13 Avq 2022
  • Ermənilər mövqelərimizi - ATƏŞƏ TUTDU
    13:54 13 Avq 2022
  • Təsərrüfat sahiblərini aldadıb heyvanlarını ələ keçirən şəxs həbs olunub - FOTO
    13:23 13 Avq 2022
  • Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən - ŞİRKƏTLƏRİN ADI AÇIQLANIB - SİYAHI
    13:15 13 Avq 2022
  • Azərbaycanda sığorta depozitləri 36 faizdən çox - ARTIB
    12:52 13 Avq 2022
  • Azərbaycandan bu il 20 min turist İzmirə - SƏFƏR EDİB
    12:38 13 Avq 2022
  • Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - HESABAT
    12:21 13 Avq 2022
  • 41 dərəcə isti - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    12:18 13 Avq 2022
  • Fransa parlamenti ölkədə yanacaq ehtiyatının rekord dərəcədə az olduğunu - BİLDİRİR
    12:12 13 Avq 2022
  • İndiyədək ölkədə 67 min yeni nəsil nəzarət-kassa aparatları - QURAŞDIRILIB
    11:59 13 Avq 2022
  • Azərbaycan Ordusuna Laçın dəhlizi ilə bağlı - TAPŞIRIQLAR VERİLDİ
    11:40 13 Avq 2022
  • Zakir Həsənov xidməti müşavirə keçirdi - TAPŞIRIQLAR VERDİ
    11:33 13 Avq 2022
  • Aktiv ƏDV ödəyicilərinin sayı - 7,2 FAİZ ARTIB
    11:26 13 Avq 2022
  • Bakının bu rayonunda yaşayış binası sökülür - FOTO
    11:05 13 Avq 2022
  • Maliyyə piramidasının rəhbəri milyonları götürüb Bakıya - QAÇDI
    10:49 13 Avq 2022
  • Bakıda fəhlə faciəvi şəkildə - VƏFAT ETDİ
    10:45 13 Avq 2022
  • Dövlət büdcəsinə daxilolmaların 23,6 faizini ƏDV hesabına - TƏMİN OLUNUB
    10:36 13 Avq 2022
  • Moody's Türkiyənin kredit reytinqini - AŞAĞI SALDI
    10:27 13 Avq 2022
  • Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - VİDEO
    10:22 13 Avq 2022
  • Neft ucuzlaşıb - SON QİYMƏT
    10:20 13 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:06 13 Avq 2022
  • Prezident: Həmin ərazilərdə taxılın məhsuldarlığı - 1 TONDAN AŞAĞIDIR
    09:49 13 Avq 2022
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 400-600-800-1000-1200-1500 manat - 20 VAKANSİYA
    21:46 12 Avq 2022
  • "Paşa sığorta" işçi axtarır - VAKANSİYA
    21:43 12 Avq 2022
  • "Azərpambıq " işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    21:40 12 Avq 2022
  • "The Ritz-Carlton Baku" - işçilər axtarır - VAKANSİYALAR
    21:31 12 Avq 2022
  • "Express Bank" işçi axtarır - VAKANSİYA
    21:23 12 Avq 2022
  • "AzerGold" CJSC işçilər axtarır - VAKANSİYALAR
    21:19 12 Avq 2022
  • "Socar Polymer" işçi axtarır - VAKANSİYA
    21:11 12 Avq 2022
  • "Star Mining LLC" işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
    20:35 12 Avq 2022
  • Sumqayıt Texnologiyalar Parkı işçi axtarır - VAKANSİYA
    20:33 12 Avq 2022
  • "OBA" marketlər şəbəkəsi işçi axtarır - VAKANSİYA
    20:28 12 Avq 2022
  • "AFB Bank" işçi axtarır - VAKANSİYA
    20:27 12 Avq 2022
  • "Nar" işçi axtarır - VAKANSİYA
    20:23 12 Avq 2022
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    20:19 12 Avq 2022
  • Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi - TAM MƏTN
    20:05 12 Avq 2022
  • İlham Əliyev: Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verilib
    19:59 12 Avq 2022
  • "Mən artıq Dövlət Qaçqınkom-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar"
    18:11 12 Avq 2022
  • Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti - 31% AZALIB
    18:07 12 Avq 2022
  • İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi avtomobil yolunun inşası il sonunadək - BAŞA ÇATACAQ
    18:02 12 Avq 2022
  • "Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"
    17:51 12 Avq 2022
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    17:40 12 Avq 2022
  • İlham Əliyev Ermənistana - XƏBƏRDARLIQ EDİB
    17:33 12 Avq 2022
  • AMB-nin Pul Siyasəti və Maliyyə Sabitliyi Komitələri - BİRLƏŞDİRİLİB
    17:26 12 Avq 2022
  • "Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik"
    17:23 12 Avq 2022
  • Ukraynada “Bayraktar” zavodunun inşasına - BAŞLANILIB
    17:17 12 Avq 2022
  • Prezident "Qisas" əməliyyatından danışıb: "Cəza tədbiri idi"
    17:09 12 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.