6 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102267S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 531 097 900,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000000 AZN təşkil edib.
Notların ödəmə tarixi 04.07.2018