Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, hərracda tələb 64,8 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 4,0% və ya 2,5 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.