Bu ilin noyabr ayının 1-nə banklar tərəfindən 1 mlrd. 901,9 mln. manatlıq qiymətli kağızlar dövriyyəyə buraxılıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, bu, oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1,3 mln. manat və ya 0,06% azdır.
Ümumiyyətlə, ilin əvvəlindən banklar tərəfindən buraxılmış qiymətli kağızların məbləği 4,91 dəfə artıb. Qeyd edək ki, 2017-ci ilin yanvar ayının 1-nə banklar tərəfindən 387,2 mln. manatlıq qiymətli kağız dövriyyəyə buraxılıb.