Bu ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən bankların gəlirlərinin həcmi 1 milyard 822,8 milyon manat olub.
Hansı bankın bankomatı daha çox faiz tutur? – BANKLAR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, gəlirlərin 1 milyard 342,1 milyon manatı faiz gəlirlərinin payın düşüb.
Faiz gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 207,2 milyon manat və ya 18,3% artıb. 2025-ci ilin birinci rübündə bankların faiz gəlirləri 1 milyard 342,1 milyon manat idi.
Bu ilin ilk üç ayında bankların ümumi gəlirlərində faiz gəlirlərinin payı 73,6% olub. Bu da, illik müqayisədə 0,6 faiz bəndi artım deməkdir. Belə ki, 2025-ci ilin birinci rübündə bankların ümumi gəlirlərində faiz gəlirləri 73%-lik yer tutmuşdu.














