Bankların əksəriyyəti tərəfindən vətəndaşlara verilən kredit tam ödənildikdən sonra borcun bağlanmasına dair arayış üçün əlavə ödəniş tələb edilir.
«Paşa Bank» arayışın qiymətini 30 manata qaldırdı – BANKLAR, TARİFLƏR, SİYAHI
FED.az xəbər verir ki, qiymətlər isə 20, 30, 50, manat arasında dəyişir.
Bank işləri üzrə hüquqşünas Samir Qasımov deyir ki, arayış üçün tarifləri bankların özləri müəyyənləşdirir.
Əvvəllər sözügedən arayış üçün 10 -15 manat ödənilirdisə, indi bu məbləğ 50 manata qədər yüksəlib.
Hüquqşünas bildirib ki, ötən il bu məsələ qanunla tənzimlənib.
Buna görə də, banklar istehlak kreditləri üzrə müqavilədə göstərilən müddətə qədər vətəndaşlardan arayış üçün pul tələb edə bilməzlər.