Ripple-ın martın 6-da dərc olunan bloquna görə, Yaponiya Banklar Konsorsiumu Ripple texnologiyasından istifadə edərək “MoneyTap” adlı daxili instant ödəniş tətbiqini həyata keçirməyi planlaşdırır.
“SBI Ripple Asia” rəhbərliyi altında 61 bankın üzv olduğu konsorsiumdur. Yaponiyanın bank fəaliyyətinin 80% -ini özündə cəmləşdirir. “SBI Ripple Asia”-nın CEO-su Takaşi Okita açıqlamasında bunları bildirib:
“Bank birliyinin güvən və təhlükəsizlik imkanları ilə ödənişlərdəki problemləri azaltmasına və müştəriləri daha sürətli, etibarlı və səmərəli ödəmə təcrübəsi ilə təmin etməsinə inanırıq”.
Konsorsiumdakı üç bank – “SBI Net Sumishin Bank”, “Suruga Bank” və “Resona Bank” – payızdan etibarən tətbiqi istifadə etməyə başlayacaq və zaman keçdikcə digər banklar da buna qatılacaqlar. “MoneyTap” istifadəçilərin günboyu alışlarını təmin edəcək.
Ripple hazırda uzun müddətdir ödəniş texnologiyasından istifadə etmək üçün banklarla əlaqələr qurmağa yönəlib. Fevralda Ripple iki yeni maliyyə xidməti ilə əməkdaşlığını açıqladı. Bunlardan biri Səudiyyə Ərəbistanı Mərkəzi Bankı ilə ölkə banklarının sərhəddənkənar əməliyyatlardan yararlanması üçün qurulub. Digəri isə Ripple-ın Blockchain əsaslı ödəniş sistemini sınaqdan keçirmək istəyən “Western Union” ilə yaradılıb.
Bu ay Cənubi Koreyada yerləşən bir bank da Ripple sistemindən istifadə edəcəyini açıqlayıb.