Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanın bank sektorunun statistikasını açıqlayıb. FED.az Palataya istinadən xəbər verir ki, bu ilin 11 ayında bank sektorunun xalis mənfəəti 306,3 milyon manat təşkil edib. Rəqəmlər göstərir ki, ölkə banklarının əsas gəlir və qazanc mənbəyi kreditlərdir.
Eləcə də bax: Bank sektorunun icmal göstəriciləri - YANVAR-NOYABR, 2018
Statistikayə əsasən, 11 ayda bankların faiz gəlirləri 1 596,6 milyon manat, faiz xərcləri 536 milyon manat olub. Nəticədə bankların xalis faiz gələri 1 060,6 milyon manat olub.
İlk 11 ayda bankların qeyri-faiz gəlirləri 500,1 milyon manat, qeyri-faiz xərcləri 916,7 milyon manat olub. Nəticədə qeyri faiz zərəri 416,6 milyon manat olub.
Ümumilikdə bank sektorunun əməliyyat mənfəəti 644 milyon manat təşkil edib. Bundan başqa, banklar aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların ayrılmasına 303,4 milyon manat, digər xərcloər üçün isə 2,2 milyon manat ayırıblar.
Nəticədə Bankların vergi ödənilməsinədən olan mənfəəti 338,4 milyon manat, ödənilən mənfəət vergisi 32,1 milyon manat olub.
Xatırladaq ki, ilk 10 ayın yekununa görə, banklara 238 milyon manat mənfəət əldə edib, 27,9 milyon manat verg ödəmişdilər. Başqa sözlə, noyabr ayında bank sektorunin mənfəəti 68,6 milyon manat, ödənilən mənfəət vergisi 4,2 milyon manat olub.