28 fevral 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,074 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,2% çoxdur.
Azərbaycanın bank bazarı - 3 ƏLDƏ CƏMLƏNİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevralın sonuna Bakıda 1607 ədəd (artım 1%), bölgələrdə 1467 ədəd (azalma 0,7%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 79,13 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 0,9% azdır.
Bununla yanaşı, Bakıda 53,489 min ədəd (azalma 0,6%), regionlarda 25,641 min ədəd (azalma 1,4%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 76,797 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,1%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)