31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.
FED.az xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olmuşdur.
Eləcə də bax: Azərbaycan banklarının aktivlərinə həcminə görə - RENKİNQİ (30.06.2019)
İclasda ABA-nın “Marketinq və PR üzrə” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirov və “Kredit işi” Ekspert Qrupuna sədr vəzifəsinə namizəd AccessBank-ın Pərakəndə və Biznes müştəriləri üzrə İcraçı Direktor Elşən Pirmalıyev Assosiasiyanın Rəyasət Heyətinə təqdim olundu və onların müvafiq qruplara sədirliyi təsdiqləndi.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Banklar Assosiasiyasında təyinatlar – RƏYASƏT HEYƏTİNİN İCLASI
13:46
1 Avq 2019