Azərbaycan Mərkəzi Bankı Ani Ödəniş Sistemi üzrə göstərilən əməliyyatlarla bağlı banklardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutmayacaq.
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, məqsəd əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsidir.