“Azərbaycan Beynəlxalq Bankı”nın toksik aktivlərinin ötürülməsi nəzərə alınmadan 2017-ci ildə bank sektorunun kredit portfeli cəmi 6,6% və ya 1 milyard manat azalıb.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, 2017-ci ilin yekunları üzrə müştərilərə verilən kreditlər (11 338 milyon manat) bank aktivlərinin cəmi 40,6 faizini təşkil edib.
Analoji göstərici 2011-ci ildəki 68%-dən 2013-cü ilədək 75,7%-ə kimi yüksəlib, 2014-cü ildən azalmağa başlanılıb, bu mənfi temp 2015-ci, 2016-cı və 2017-ci illərdə daha kəskin olub. Nəhayət son 7 il ərzində müvafiq göstərici 68%-dən 40,6%-ə düşüb”.
Banklar aktivlərinin nə qədərini kreditə yönəldib?
22:43
17 Sen 2018