Azərbaycanda fəaliyyət göstərən 30 bank 2017-ci ildə 883,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 27,921 milyard manat məbləğində aktivlərin 3,16%-i qədərdir.
Bu, aparılan araşdırma nəticəsində məlum olub.
FED.az xəbər verir ki, ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ili mənfəətlə başa vurmuş 19 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 9,27%-ni təşkil edib. Yeri gəlmişkən, ABB Avrasiya" aktivlərinin məbləğinə görə də ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri İran Milli Bankının Bakı filialı tutub. İran bankı ötən il aktivlərinin 6,89%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, Bakı filialı aktivlərinin məbləğinə görə, 30 bank arasında 29-cu yerdə qərarlaşıb.
3-cü yerə isə 4,2%-lik göstərici ilə "Naxçıvan Bank" sahib olub. Baxmayaraq ki, ölkənin yeganə regional bankı aktivlərinin məbləğinə görə, 30 bank arasında yalnız İran və Pakistan Milli Banklarının Bakı filiallarını üstələyir.
Mənfəətlə işləyən qalan 16 bankdan 8-də sözügedən göstərici 1-2% arasında, 8-də isə 0-1% arasında dəyişir.
Zərərlə işləyən banklar arasında fəaliyyət effektivliyi baxımından ən pis vəziyyət isə "Bank of Baku"da qeydə alınıb. Bu bankın illik zərəri aktivlərinin 8,86%-i qədər olub.
№ |
Bankın adı |
Bankın illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
9,27% |
2 |
İran Milli Bankı - Bakı |
6,89% |
3 |
Bank Avrasiya |
4,20% |
4 |
Kapital Bank |
2,98% |
5 |
Naxçıvan Bank |
2,82% |
6 |
Yapı Kredi Bank Azərbaycan |
2,37% |
7 |
Zıraat Bank Azərbaycan |
2,18% |
8 |
Günay Bank |
2,13% |
9 |
PAŞA Bank |
1,66% |
10 |
NBC Bank |
1,43% |
11 |
Bank VTB Azərbaycan |
1,20% |
12 |
Xalq Bank |
0,97% |
13 |
Unibank |
0,67% |
14 |
Express Bank |
0,64% |
15 |
Azərbaycan Sənaye Bankı |
0,46% |
16 |
Azər-Türk Bank |
0,34% |
17 |
Bank Silk Vey |
0,33% |
18 |
Bank BTB |
0,26% |
19 |
Atabank |
0,06% |
20 |
Turan Bank |
-0,15% |
21 |
Nikoyl Bank |
-0,62% |
22 |
Pakistan Milli Bankı - Bakı |
-0,90% |
23 |
Muğan Bank |
-1,32% |
24 |
AGBank |
-1,37% |
25 |
Bank Respublika |
-1,50% |
26 |
Rabitə Bank |
-1,59% |
27 |
AFB Bank |
-2,46% |
28 |
Amrah Bank |
-4,20% |
29 |
Access Bank |
-6,67% |
30 |
Bank of Baku |
-8,86% |