Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, fevralın 12-də AMB ərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracı 200 milyon manat üçün elan edilsə də, sifarişlərin həcmi 848,2 milyon manatı keçib. Başqa sözlə, depozitə tələbat 4,2 dəfə artıq olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Depozit hərracında gəlirlilik faizlərinin bu səviyyəyə düşməsi Azərbaycan banklarında böyük vəsaitlərin olduğunu və həmin vəsaitlərin yerləşdirilməsində bankların çətinlik çəkməsinin göstəricisidir.
Bir qədər əvvəl FED.az-ın apardığı araşdırma göstərdi ki, banklardakı təqribən 6 milyard dollarlıq vəsaitin yerləşdirilməsində çətinlik var. Bunun nəticəsi olaraq banklar hətta gəlir dərəcəsi aşağı olsa belə, istənilən passiv əməliyatlardan istifadə etməkdə vəsaitləri yerləşdirməyə hazırdırlar.
Banklar 8%-ə də razıdırlar - HƏRRAC
14:05
12 Fev 2018