Azərbaycan Mərkəzi Bankı (AMB) depozitlərin cəlb olunması üzrə hərraca yekun vurub. FED.az xəbər verir ki, b gün keçirilən hərracda 14 günlük müddətə 150 milyon manat həcmində depozitin cəlb edilməsi nəzərdə tutulurdu.
AMB-nin məumatına görə, bu dəfəki hərracda tələb 449,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.Başqa sözlə, depozit hərracında tələb təklifi 3 dəfə üstələyib. Depozitlərin gəlirliyi isə indiyədək ən aşağı həddə enib.
Eləcə də bax: Hərraclarda satılmış dolların məbləği açıqlandı - 2 DƏFƏ ARTIB