Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə növbəti hərrac «anşlaq»la keçib.
FED.az xəbər verir ki, avqustun 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100783S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notları yerləşdirilib.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4782 AZN (6.74%) və 99.5158 AZN (6.26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 629,3 milyon manat olub ki, bu da təklif həcmini 3 dəfədən çox üstələyib.
Notlar bütünlüklə yerləşdirilib və AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Notların ödəmə tarixi 09.09.2020