Azərbaycanın bank sektoru 2018-ci ilin ilk ayında faiz və gəlirlərdən 147 milyon manat qazanıb. FED.az xəbər verir ki, banklar təkcə verdikləri kreditlər üzrə faizlərdən 92 milyon manat qazanıblar.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, xərcləri 51 milyon manat təşkil edir. Bu xərclərin 32 milyon manatı qəbul edilən əmanət üzrə faiz ödənişinə yönəldilib.
Yanvar ayında bankların əməliyyat mənfəəti 58 milyon manat, xalis mənfəəti 87 milyon manat olub. Banklar dövlət büdcəsinə cəmi 1 milyon 900 min manat mənfəət verigisi ödəyiblər.
(mln manatla)
Mənfəət və zərər maddələri |
31.01.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
146.9 |
1.1 Kreditlər üzrə faizlər |
91.9 |
2. Faiz və onlara bağlı xərclər |
50.8 |
2.1 Depozitlər üzrə faizlər |
31.8 |
3. Xalis faiz gəliri (zərəri) |
96.1 |
4. Qeyri-faiz gəlirləri |
30.6 |
5. Qeyri-faiz xərcləri |
68.7 |
6. Əməliyyat mənfəəti (zərəri) |
58.0 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
(28.8) |
8. Digər gəlirlər (xərclər) |
1.8 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
88.6 |
10. Mənfəətdən vergilər |
1.9 |
11. Xalis mənfəət (zərər) |
86.7 |