Hindistanlı bankir öz sürücüsü, köməkçisi və məşqçisinə 530 min dollarlıq səhm paketi bağışlayıb.
FED.az xəbər verir ki, Hindistanın IDFC First bankının rəhbəri Vişvanand Vaydyanatan bankın ona məxsus olan zərfinin 3,7%-ni və ya ümumilikdə 900 min səhmi sözügedən əməkdaşlarına bağışlayıb.
Hədiyyəni alanlar ondan ev almaq üçün istifadə edəcəklər.
Qeyd edək ki, 54 yaşlı Vaydyanatan 2018-ci ildən indiyədək öz payının 38%-ni müxtəlif məqsədlər üçün bağışlayıb. 2020-ci ildə o səhmlərinin bir hissəsini öz keçmiş riyaziyyat müəlliminə bağışlayıb. Vaxtilə, bankir hələ kasıb tələbə olanda bu müəllim ona 500 rupilik kömək edib. Vaydyanatan universitetə daxil olsa da, həmin şəhərə getmək üçün pulu yox idi. Müəllimin verdiyi pulla o universitetə gedib təhsil ala bilmişdi.