"Kiçik banklar maliyyə sistemi, müştərilər və əhali üçün problem yaratmırlar, onları bağlamaq lazım olduğu barədə səsləndirilən fikirlər əsasızdır".
FED.az xəbər verir ki, bunu banklardan birinin rəhbəri deyib.
“Son 2 ildə 11 bank bağlandı. Biz gördük ki, əsas problemlər Beynəlxalq Bank və Bank Standard kimi iri banklara görə yarandı. Kiçik banklar böyük banklar ilə müqayisədə daha sağlamdırlar. Para Bank bağlandı. Bu bankın həçinin bağlanmış digər kiçik bankların müştəriləri kütləvi şikayət etmədilər. Lakin iri sistem xarakterli bank olan “Bank Standard”ın müştəriləri bu gün də pullarını ala bilməyiblər”,- adının açıqlanmasını istəməyən bankir deyib
Bankir qeyd edib ki, bankın kiçikliyi və ya böyüklüyü əsas deyil, əsas olan bankın prudensial normativlərə və tələblərə cavab verməsidir:
“Kiçik bağnkları bağlamaqdansa, stimullaşdırmaq lazımdır. Bu banklar da bir qrup müştərilərə xidmət göstərir. Kiçik bankları daha da inkişaf etdirəmək lazımdır”.