“Muğanbank”ın bu ilin 9 ayınını zərərlə başa vurub.
FED.az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bankın cəmi gəlirləri 39,779 mln. manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 33,265 mln. manat, qiymətli kağızlar üzrə faiz gəlirləri 17,6 min manat, qeyri-faiz gəlirləri 5,691 mln. manat, xarici valyuta əməliyyatlari üzrə 804,6 min manat təşkil edib. Bankın faiz və qeyri faiz xərcləri, işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 27,942 manat təşkil edib.
Bundan başqa, “MuğanBank” cəmi gəlirlərinin 16,466 mln. manatını kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırıb. Bu, bankda problemli kreditlərin artmasına işarədir. Bankın xərcləri gəlirlərini üstələdiyindən cari ilin 9 ayını 4,627 mln. manat zərərlə bağlayıb.
Marja©
Bankın zərəri 4,6 mln. manatı ötdü
10:40
23 Okt 2017